“Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı alınacaq” -

“Qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq".

Metbuat.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək.

"Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi Prezidentin bütün tapşırıqlarının vaxtında və tam icrasını təmin edəcək. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR