Qoca kişi təkbaşına 11 min ağac əkdi -

Yava adasının 69 yaşlı sakini Alasan Sadiman adanın mərkəzi hissəsində yerləşən 250 hektar sahədə təkbaşına 11 min ağac əkib.

Metbuat.az xəbər verir ki, yaşlı kişi buna ömrünün 24 ilini həsr edib.

A.Sadimanın niyyətindən xəbər tutan qonşuları onun psixi pozuntudan əziyyət çəkdiyini zənn ediblər: təbiətsevər kişi böyütdüyü keçiləri ağac qələmləri ilə dəyişib.

Xəbərdə qeyd olunur ki, A.Sadimanın zəhməti sayəsində yanğın nəticəsində yararsız hala düşmüş torpaqlar indi oazisə çevrilib.

“Düşündüm ki, Banyan ağacları əkməsəm, bu yerlərdə quraqlıq olacaq. Bu ağacın çox su ehtiyatı saxladığını müşahidə etdim”, - A.Sadiman söyləyib.

Əvvəllər fermerlər bu torpaqlardan ildə bir dəfə məhsul yığırdısa, indi bu ərazidən iki-üç dəfə məhsul götürürlər.

“Ümid edirəm burada insanlar təhlükəsiz və xoşbəxt yaşaya biləcəklər”, - deyə A.Sadiman qeyd edib.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR