Bu məhsullarımız xarici ölkələrədə daha çox satılır -

2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib.

Bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

2021-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,4 milyon ABŞ dolları) ikinci, xurma isə (27,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-fevral ayı ərzində Türkiyəyə 106,9 milyon, Rusiyaya 85,5 milyon, İsveçrəyə 35,2 milyon, Gürcüstana 28,3 milyon və ABŞ-a 13,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 185,2 milyon ABŞ dolları təşkil edib. Bu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (54,1 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Siyahıda Rusiya ikinci (42,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (25,1 milyon ABŞ dolları) olub.

2021-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (24,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (22,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (15,7 milyon ABŞ dolları) üçüncü olub.

Bu ilin ilk iki ayı ərzində meyvə-tərəvəz ixracı 70,5 milyon, pambıq lifi ixracı 37,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 27,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,6 milyon, pambıq ipliyi ixracı 6,9 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1,9 milyon, şəkər ixracı 4,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 3,9 milyon, çay ixracı 1,4 milyon ABŞ dolları təşkil edib.







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR