“Microsoft” ABŞ ordusunu 22 milyard dollar məbləğində qarışıq reallıq şlemləri ilə təchiz edəcək

İnternetdə “Microsoft” korporasiyası və ABŞ-ın Müdafiə Nazirliyi arasında razılaşma əldə olunması barədə informasiya yayılıb. Məlumata görə, sonuncu İT nəhəngindən “HoloLens” texnologiyasına əsaslanan təxminən 120 min qarışıq reallıq şlemi satın alacaq.

Metbuat.az "ICTnews"a istinadən xəbər verir ki, məlumata görə, ABŞ ordusunun 100 mindən çox cihazla təchizi 9 il ərzində həyata keçiriləcək.

ABŞ ordusu və “Microsoft” arasında imzalanmış müqavilə bundan əvvəl keçirilmiş tenderin nəticəsi olub. Qeyd edək ki, bu, ABŞ korporasiyasının ilk belə təşəbbüsü deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR