“Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib" -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşanın işğaldan azad edilməsinin mənəvi rəmzi - “Zəfər yolu”nun genişləndirilərək inşasını davam etdirir.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddətndə görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.

“Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-ya məxsus “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” və “7 nömrəli Magistral Yolların İstismarı” MMC-lərlə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR