Çindən Azərbaycana yola salınan yük alışıb yandı -

Çinin hava limanlarından birində bu ölkədən Azərbaycan, Gürcüstan və Türkiyəyə göndərilən yüklərdən biri alışıb yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə xaricdən Azərbaycana mal idxalı ilə məşğul olan şirkətlərdən biri məlumat verib.

Məlumata görə, yanğına səbəb yükün içində gündəlik istifadə edilən litium batareyalarınının olmasıdır. Buna görə qalan bütün yüklər təkrar yoxlamadan keçməli olub. Bu isə yüklərin Azərbaycana daşınmasına gecikmə yaradıb. Həftəsonu ölkəyə çatması gözlənilən yükün gələn həftənin əvvəlində Azərbaycana gətiriləcəyi gözlənilir. (Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR