Bir məhkəmənin 4 hakimi koronavirusa yoluxub

Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR