İsrail jurnalistləri

İsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər edib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qut Ağdamda səfərdədirlər.

İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla tanış olacaqlar.

Qeyd edək ki, hər iki jurnalistin sabah Füzuli, Zəngilan və Qubadlıya da səfərləri baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR