Çexiyadan Aİ və NATO-ya üzv ölkələrə çağırış

Çexiyanın xarici işlər naziri Yan Hamaçek Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətləri rusiyalı diplomatları ölkədən çıxarmağa çağırıb.

Metbuat.az xəbər verir ki, nazir həmin ölkələri Praqa ilə həmrəylik göstərməyə dəvət edib:

“Aİ və NATO ölkələrini həmrəylik göstərək diplomatların çıxarılması ilə bağlı kollektiv addım atmağa çağırırıq”.

Çex nazir, həmçinin əlavə edib ki, rusiyalı səfirə nota vermək üçün XİN-ə dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR