Messi Pelenin bu rekordunu da qırdı

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu növbəti dəfə qırıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 34 yaşlı forvard buna "Xetafe"ni 5:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXXI tur matçında nail olub.

Görüşdə dubla imza atan Messi La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçu olub. Bundan əvvəl Pele 1957 - 1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.

Tarixdə hansısa futbolçu bir çempionatda Messi qədər fərqlənməyib.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayır. O, daha əvvəl ümumi qol sayında da Pelenin rekordunu geridə qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR