23 yaşlı gəncdən DƏHŞƏTLİ ADDIM! Sevgilisinin fotosunu bəyənən şəxsin başına

Argentinada bir nəfər sevgilisinin sosial mediada paylaşdığı fotonu bəyənən şəxsə, 11 dəfə atəş açıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresin Merlo bölgəsində yaşayan 23 yaşlı Nicolas Jaime, Micaela adlı sevgilisinin sosial mediada paylaşdığı şəkli bəyənən Damian Di Bella adlı şəxsi vurub. On bir ardıcıl atəş edən Nikolasın güllələrindən birinin Di Bellanın boynuna dəyməsindən sonra, o sürdüyü vasitənin idarəetməsini itirərək yol kənarındakı dirəyə dəyərək dayanıb.

Yaralanan Di Bella xəstəxanaya aparılıb ilkin müdaxilə edilsə də vəziyyyəti ağırdır. Atəş açan Nikolas Jaime hadisədən sonra polis tərəfindən ələ keçirilib

Baş verən hadisənin görüntülərini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR