Azərbaycan bu il Avropa və Yaxın Şərq ölkələrinə nar ixrac edəcək

Azərbaycan 2021-ci ildə Avropa ölkələri və Yaxın Şərqə nar ixrac etməyi planlaşdırır.

Bunu Metbuat.az-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, Azərbaycan narının ixrac edildiyi əsas ölkələr Rusiya və Ukraynadır:

"2020-ci ildə həmin bazarlarda məhsulumuzun qiyməti yüksək olub. Azərbaycanda istehsal olunan narın yalnız 10-11 faizi daxili bazarın tələbatın tam təmin olunması şərti ilə ixraca yönəldilir. Amma hələ də keyfiyyətli məhsul çatışmazlığı mövcuddur".

O bildirib ki, 2021-ci ildə Assosiasiyanın əsas məqsədi İxracın Təşviqi və İnvestisyalar Fondunun dəstəyi ilə digər Avropa bazarlarına çıxmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR