"Dəmir yumruq” sənədli filmin təqdimatı olub

Aprelin 26-da Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Real TV-nin təşkilatçılığı ilə lentə alınan "Dəmir yumruq” adlı sənədli filmin təqdimatı keçirilib.

Metbuat.az xəbər verir ki, təqdimatda RİH-nin başçısı Alı Alıyev və aparatın məsul şəxsləri iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.

Azərbaycanın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” sənədli film Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maraqla izlənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR