Qaynanası tərəfindən döyülən qadın:

Sosial şəbəkələrdə qadının gəlinini döyməsi faktı ilə bağlı videogörüntülər yayılıb. Hadisə bir neçə gün öncə Lənkəran rayonu Yuxarı Nüvədi kəndindən baş verib.

Metbuat.az xəbər verir ki, BAKU.TV hadisə yerində olub, ailə üzvləri ilə görüşüb.

Söhbət zamanı 75 yaşlı qaynana Girdənaz Qurbanova və 31 yaşlı gəlin Rəmziyyə Qurbanova aralarında heç bir problemin olmadığı deyiblər.

Baş verən hadisədən də şikayətçi deyillər. Yayılan məlumatlarda gəlinin hamilə olduğu deyilsə də, iki uşaq anası olan Rəmziyyə Qurbanova bunun yalan məlumat olduğunu bildirib:

“Anamdı, bir zarafatdır edib, şikayətim yoxdur”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitədən bildirildi ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı dərhal araşdırmalar başladılıb. Hazırda yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq mühafizə orqanları ilə birlikdə araşdırmalar davam etdirilir.

Ətraflı süjeti təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR