Tacikistanlı mer sərhəddə atışma zamanı yaralanıb

Tacikistanın İsfar şəhər meri Bahovaddin Bahodurzoda Qırğızıstanla sərhəddə atışma zamanı yaralanıb. Metbuat.az xəbər verir ki, bu barədə şəhər meriyasından bildiriblər. Qeyd olunur ki, Bahodurzoda çiynindən güllə yarası alıb. Hazırda onun vəziyyəti stabildir.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının öldüyü, 31-nin yaralandığı bildirilir.

Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının öldüyünü, 31 nəfərin yaralandığını elan edib.

Qırğızıstan Sərhəd Xidməti Tacikistanla sərhəddə qarşıdurmanın davam etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR