Bu rayonun sabiq icra başçısı

Laçın rayon İcra Hakimiyyətinin keçmiş başçısı Akif Səlimov ötən gün vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

A.Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. Birinci Qarabağ müharibəsi Laçın və Füzuli cəbhəsində döyüşlərin iştirakçısı olub. O, 1984-2006-cı Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında Polis Şöbəsinin rəisi vəzifəsini tutub. 2013-2016-cı illərdə Laçın rayon İcra Hakimiyyətinin başçısı olub.

Birinci Qarabağ müharibəsindən bəhs edən "Cığırlar birləşsələr", "Ora Vətəndir" kitablarının müəllifidir.

Mərhum Suraxanı rayonunundakı Dədə Qorqud məzarlığında dəfn olunacaq.

Allah rəhmət eləsin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR