İrəvanda atışma:

İrəvanda gecə saatlarında atışma baş verib. Hadisə nəticəsində dörd nəfər yaralanıb, onların arasında Şenqavit və Malatiya inzibati bölgələrinin bələdiyyə başçıları da var.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb.

Bildirilir ki, yaralılardan üçü güllə, biri isə bıçaq yarası alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində tüfəng, tapança, giliz və qan izləri tapıblar.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR