Qırğızıstanda sərhəddəki silahlı münaqişə ilə bağlı 11 cinayət işi açıldı

Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) Tacikistanla sərhəddə silahlı münaqişə faktı üzrə 11 cinayət işi açıb.

Metbuat.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Erkebek Aşirxocayev bildirib.

Onun sözlərinə görə, işlər, o cümlədən Respublika Cinayət Məcəlləsinin “Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər”, “Qətl", “Sərhədi qanunsuz keçmə” və “Kütləvi iğtişaşlar” maddələri ilə açılıb. Onların hamısı üzrə məhkəməyədək araşdırma artıq başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR