Qırğızıstan-Tacikistan sərhədində yerləşən Batken bölgəsinə xüsusi status verilə bilər.
Metbuat.az Tass agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan hökumətindən açıqlama verilib. Bildirilib ki, sərhəddə yerləşən bölgəyə yaxın gələcəkdə xüsusi statusun verilməsi gündəmdədir.Məlumata görə, artıq sənəd hazırlanıb və parlamentə göndərilib. Sənəd yerli idarələrə əlavə səlahiyyətlərin verməsini nəzərdə tutur.
Qeyd edək ki, ötən həftə sərhəddə baş verən toqquşma nəticəsində 15-dən çox insan həlak olub.
Anar Türkeş / Metbuat.az