Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb

Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb
17:16 18 Yanvar 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var. Bu, yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.

O, qeyd edib ki, ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR