Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da

Bu gün ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində çıxış edəcək.

Metbuat.az xəbər verir ki, Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Müsabiqə barədə fikirlərini bölüşən təmsilçimiz deyib: “Mənim mahnım güclü qadın, güclü şəxsiyyət haqqındadır. Bir növ özümü tam olaraq bu mahnıda hiss edirəm. Çünki özüm-özümü güclü qadın kimi görürəm. Mən çox xoşbəxtəm ki, buradayam və hər kəsi görmək şansım var, sizinlə söhbət eləmək imkanım var”.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Qeyd edək ki, Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR