Qırğızıstan Tacikistandan uçan sərnişin təyyarəsini geri göndərib.

Metbuat.az xəbər verir ki, Qırğızıstan Tacikistan vətəndaşlarına tətbiq olunmuş müvəqqəti qadağaya uyğun olaraq belə addım atıb. Məlumata görə, təyyarədəki 186 sərnişindən 9-u 3-cü ölkə vətəndaşı olub.

Qeyd edək ki, Qırğızıstan Tacikistanla aprel ayında yaşanan toqquşmadan sonra bu ölkə vətəndaşları üçün hava və quru sərhədini bağlayıb.

Anar Türkeş / Metbuat.az