Litva səfirliyi şəhid olan jurnalistlərlə bağlı başsağlığı verdi

Litvanın Azərbaycandakı səfirliyi media nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşərək həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin minaya düşərək həlak olması ilə bağlı xəbərlərdən təəssüfləndik. Onların ailələrinə başsağlığı veririk”, - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR