Ailəsinin dağılma səbəbini AÇIQLADI:

"Mənim üçün əsas ailədir. Ailəli olanda 3 il sənətdən getdim. Bizim ayrılığımıza sənət səbəb olmadı. Xasiyyətinə görə ayrıldıq. Ərə gedəndə 23 yaşım var idi. Amma heç vaxt sənəti atmağıma peşman olmadım".

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Zaurla Günaydın" proqramında deyib. Müğənni ailəsinin dağılma səbəbindən danışıb.

G.Məmmədova ona ünvanlanan "Oğlunu niyə evləndirmir" sualına "İstəyirəm. "Arşın mal alan"dakı kimi axtarışa çıxmışam. Namizədim var, gözaltı etmişəm. Elə ikimizin də seçimidir" cavabını verib.(axşam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR