Bakıda ev, Tovuzda avtomobil təmiri sexi və maşın yanıb

18:57 18 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

[ 18 Yanvar 2015 18:51 ]


Bakı – APA. Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m (hər mərtəbəsi 45 kv.m) olan ikimərtəbəli, 4 otaqlı evin ikinci mərtəbəsinin bir otağının tavanı 10 kv.m sahədə yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Tovuz rayonu, Qovlar qəsəbəsində isə vətəndaşa məxsus, ümumi sahəsi 63 kv.m olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları və sexin içərisində olan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR