Uçuruma yuvarlanan avtomobildə 16 saat kömək gözlədi -

Türkiyənin Şanlıurfa əyalətində gənc qadının idarə etdiyi avtomobil 100 metrlik uçuruma aşıb.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində ağır yaralanan sürücünün avtomobilin içərisində 16 saat xilas olunmasını gözlədiyi məlum olub.

Avtomobildə sıxışıb qaldığı üçün telefondan istifadə edə bilməyən 22 yaşlı Dilara K. heç kimdən kömək istəyə bilməyib.

Gecə saatlarında nəqliyyat vasitəsində qalan sürücünü ətrafdan traktorla keçən Mehmet Aslan adlı vətəndaş görüb. Dərhal hadisə yerinə çağırılan xilasetmə qrupları tərəfindən avtomobildən çıxarılan gənc qadın, ilk yardımdan sonra təcili yardımla xəstəxanaya aparılıb.

Qəza ilə bağlı istintaq davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR