Günay İbrahimli:

Müğənni Günay İbrahimli maraqlı açıqlaması ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, sənətçi “Mtv” kanalına müsahibəsi zamanı, şou-biznes nümayəndələrinin geyim tərzindən danışıb. Günay, bəzi sənət adamlarının libas seçimini bəyənmədiyini bildirib:

“Ötən illər ərzində xeyli stilistlərlə çalışmışam. Bu müddətdə zövqümü formalaşdıra bildim. Artıq bilirəm, mənə nə yaraşır, nə yaraşmır...

Şou-biznes nümayəndələri arasında zövqsüz olanları var, çox iyrənc görünürlər. Düzdür zövqlüləri də var. Amma zövqsüzlər də çoxdur.

Deyib necə qəlblərini qırım? Mən desəm bir gün zövqlü geyinəcək. Bəs sonra? Ona görə də, deyib xətrinə dəymək istəmirəm”.

İbrahimli geyim tərzini bəyəndiyi sənətçilərin adlarını da açıqlayıb:

“Qadınlardan ən zövqlü geyinəni Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Nura Suridir. Kişilərdən isə Zamiq, Çingiz Mustafayev və Ədalət Şükürovdur”.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR