Putindən təklif - Sərhədə ordu göndərməyə hazırıq

“Rusiya Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı Tacikistana lazımi dəstəyi verməyə hazırdır”.

Metbuat.az xəbər verir ki, bu barədə prezident Vladimir Putin tacik həmkarı Emoməli Rəhmonla telefon danışığı zamanı belə deyib. Kremlin məlumatına görə, Putin bildirib ki, Rusiya həm ikili münasibətlər çərçivəsində həm də KTMT çərçivəsində Tacikistana hər cür dəstəyə hazırdır.

Qeyd edək ki, Taliban silahlılarının Tacikistanla sərhəddəki əraziləri ələ keçirməsi bölgədə vəziyyəti gərginləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR