Dünya miqyasında ciddi böhrana səbəb olan koronavirusun mutasiyaya uğrayan yeni növü ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, Delta variantından sonra indi Lambda variantı dünya üçün təhlükə hesab edilir. Son 4 həftə ərzində Lambda variantı artıq 30 ölkədə yayılıb. Ehtimala görə, Lambda Peruda meydana gəlib. Elm adamlarının sözlərinə görə, Lambda Braziliya və Böyük Britaniya variantından daha çox yoluxucudur.
Ümumdünya Səhiyyə TəşkilatıLambda növünü “narahatedici variantlar” siyahısına əlavə edib.