Sülhə nəzarət etməyən sülhməramlı:

Son günlərin aktual mövzularından biri də, iyulun 7-də saat Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutulması nəticəsində yaralanan hərbiçimiz barədə oldu. Məhz bu kimi ürək ağrıdan hadisələrdən sonra, cəmiyyətdə, Qarabağda yerləşdirilən sülhməramlıların istirahətə yoxsa onların bu kimi vəziyyətlərdə operativ reaksiya göstərməli olduğu sualları yaranmağa başlayır.

Politoloq Yeganə Hacıyeva Metbuat.az-a bildirdi ki, Qarabağda sülhməramlıların yerləşdirilməsi, səbəbi və s. elə ilk gündən Azərbaycan cəmiyyətində geniş narahatlıqla qarşılanıb. Haqqında danışdığımız əsgərimizin yaralanması və s. kimi narahat edici məqamlar olduğu vaxtlarda isə, cəmiyyətdə ümumiyyətlə "Sülhə nəzarət etməyən sülhməramlı Azərbaycana lazımdırmı?" sualını yaradır. Yeganə Hacıyeva şərhində əlavə etdi ki, bu günlərdə yekunlaşan erməni terroristlərinin məhkəməsində, ifadə verən diversantlar, çox rahat şəkildə, hərbi paltarda Laçın koridorundan sülhməramlıların gözünün önündə Azərbaycan ərazilərinə daxil olması haqqında fikirlər səsləndirdilər.

Bu məhkəmələrdən sonra yuxarıda səsləndirdiyimiz sual daha vacib səslənir. Sərhəddən hərbi geyimdə terroristin Azərbaycan ərazisinə keçməsinə icazə verən sülhməramlı, nəyə lazımdır? Politoloq deyir ki, Rusiya sülhməramlılarının başlıca vəzifəsi əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərməsidir. Çünki minalanmış ərazilərin xəritəsinin alınması da bir başa sülhməramlıların üzərinə düşən vəzifə idi.

“Bütün bunlara baxmayaraq, ilk minalanmış ərazilərin xəritəsi məhz ABŞ-ın dəstəyi və Gürcüstan hökümətinin iştirakı ilə əldə olunandan sonra, Rusiya hərəkətə keçdi və Azərbaycan digər iki rayonun minalanmış ərazilərinin xəritələrini əldə etdi. Bildirim ki, Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanata əsasən həyata keçirilib. Bu missiya BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi bazaya əsaslanır”.

Yeganə Hacızadə bir fakta da diqqət çəkərək qeyd etdi ki, Qarabağda 44 günlük müharibə zamanı bütün dağıntılara və Azərbaycanın mülki ərazilərinin raketlərlə vurulması əməliyyatlarının müəllifi Araik Aratunyan Qarabağda çox rahat gəzir. Araik Aratunyanla bağlı Azərbaycan beynəlxalq axtarış elan edib. Onun zaman-zaman sülhməramlıların rəhbərliyi ilə görüşləri, bu görüşlərdən şəkillər paylaşması o anlama gəlir ki, sülhməramlılar Azərbaycanın qanunlarına hörmət etmir.

“Qeyd edim ki, sülhməramlıların Qarabağda ev tikməsi, Ermənistan rəsmilərinin və başqa nümayəndə heyətlərinin səfərini təşkil etməsi səlahiyyəti yoxdur. Bununla Rusiya sülhməramlıları sülhyaratma prosesində deyil, fərqli prosesdə iştirak edir. Ermənistan belə məqamları ölkədə daxili auditoriyaya siyasi təqdimatla edir, bu isə Qarabağla bağlı Ermənistan cəmiyyətinə yanlış mesajların verilməsinə əsas verir və ən əsası, sülh prosesinin növbəti mərhələsini yararsız edir. Bildirmək istəyirəm ki, sülhməramlı missiya Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib. Bu, dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək işinə xidmət edir”.

Yeganə Hacızadə fikrinin sonunda vurğuladı ki, sülhməramlı missiyanın fəaliyyəti elə olmalıdır ki, bu iki dövlət - Rusiya ilə Azərbaycanın münasibətlərinə mənfi təsir etməsin.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR