SON DƏQİQƏ! Türkiyədə zəlzələ olub

İyulun 10-da Türkiyə vaxtı ilə saat 17:43-də (Bakı vaxtı ilə saat 18:43) İzmir vilayətinin Karaburun rayonunda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb.

Ətraf vilayətlərdə də hiss edilən zəlzələnin nəticəsi barədə hələ ki, informasiya yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR