Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri Brüsseldə bir araya gəlib.
Metbuat.az xəbər verir ki, toplantının gündəmində Əfqanıstan, Livan və Yaxın Şərqdəki vəziyyət və iqtisadi məsələlər var. Həmçinin, diplomatlar Cənubi Qafqazdakı son vəziyyəti də müzakirə edəcək.
Avstriya, Litva və Rumıniya Xarici İşlər nazirləri Gürcüstan, Azərbaycan və Ermənistan səfərlərinin nəticələri barədə Avropa Şurasına məlumat verəcək.