İsveçrədə koronavirusun "Lyambda" ştammına ilk yoluxma qeydə alınıb.
Metbuat.az xəbər verir ki, ştamm hələlik üç nəfərdə aşkar edilib. "Lyambda" ştammının İsveçrəyə haradan daxil olduğu məlum deyil.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ilkin məlumatlarına əsasən, koronavirusun "Lyambda" (C.37) ştammı ilk dəfə 2020-ci ilin dekabrında Peruda qeydə alınıb.