Qarpız yemək ürək və damarlara necə təsir edir?

Qarpız iri arteriya damarlarının vəziyyətinə müsbət təsir göstərdiyindən insan özünü yaxşı hiss edir.

Metbuat.az xəbər verir ki, qarpızda çox miqdarda sitrullin amin turşusu olduğu üçün təzyiqi aşağı salır, damarlarda qanın axıcılığını yaxşılaşdırır.

Bu barədə həkim diyetoloq Svetlana Kruqlikova bildirib.

Bu giləmeyvədə C və B6 vitamini vardır. Bu vitaminlər ürək-damar sistemini yaxşılaşdırır, əsəbləri sakitləşdirir.

Qarpız orqanizm, böyrəklərdə, damarlarda olan toksinləri, radionuklidləri və zərərli xolesterini təmizləyir.

Lakin ağır ürək böyrək xəstələri qarpızdan çox az yeməlidirlər. (medicina.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR