Qarpız qabığını atmayın - Bu faydaları var

Qarpız isti yay günlərinin ən dadlı meyvələrindən biridir. Özünün faydaları ilə yanaşı qapığınında insan sağlamlığı üçün bir çox faydaları var. Onun qabığı birbaşa yeyilə bilər və ya üyüdülərək, içkiyə çevrilərək birbaşa istehlak edilə bilər.

Metbuat.az xarici mediaya istinadən onun faydalarını təqdim edir.

- Qarpız qabığı və tumunun tərkibindəki sitrulin dəyəri qan axını tənzimləyir və xüsusilə ürək çatışmazlığı ilə mübarizə aparan insanlara kömək edir

- Tərkibində olan kalium səviyyəsi böyrəklərin nizamlı işləməsini təmin edir

- Əksəriyyəti sudan ibarət olan qarpızın qabığı arıqlama prosesini daha praktik edir

- Tərkibindəki antioksidant xüsusiyyətləri sayəsində qarpız qabığını istehlak etmək yaşlanma əlamətlərinin görünməsinin qarşısını alır

- Yüksək qan təzyiqi problemi olan insanlarda təzyiqi aşağı salmaqda təsirlidir

- Qarpız qabığındakı lif tərkibi bağırsaq sisteminizi tənzimləməyə kömək edir

- Xərçəng hüceyrələri ilə mübarizə aparan qarpız qabığı xüsusilə kişilərdə prostat xərçənginin qarşısını alır

- Tərkibindəki vitaminlər və minerallar yuxu rejimini tənzimləyir

- Təbii maddələrdən ibarət olan qarpız qabığı zamanla dəri baryerini daha da gücləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı