Bu kriptovalyuta daha bir ölkədə

İtaliyadakı bazar tənzimləyiciləri, veb saytında İtalyan dilində xidmətlər göstərən "Binance Group"un xidmətlərinə qadağa qoyublar. Şirkət bundan sonra ölkədə investisiya xidmətləri və digər fəaliyyətlər ilə məşqul ola bilməyəcək.

Metbuat.az xarici mediaaya istinadla xəbər verir ki, bununla da İtaliya, Binance kriptovalyutası mübadiləsinin qadağan olunduğu ölkələrdən biri oldu.

İyun ayında İngiltərə, dünyanın ən böyük kriptovalyuta birjalarından biri sayılan "Binance"ın fəaliyyətini qadağan etdi.Bu şirkətin xidmətlərindən imtina edən ölkələr arasında Tayland, Yaponiya, Almaniya, ABŞ, İngiltərə və Çin var.

Məlumat üçün bildirək ki, may ayında Çin, maliyyə qurumlarına və ödəmə şirkətlərinə kriptovalyuta əməliyyatları ilə bağlı xidmətlər təklif etməsini qadağan edərək, investorları spekulyativ kripto ticarətinə qarşı xəbərdar edib. Qeyd edək ki, Çinin bu addımı kriptovalyutaların ucuzlaşması ilə nəticələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR