Bakıda beşmərtəbəli yataqxanada yanğın olub -

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə yanğın olması barədə məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

*10:46

Bakıda yaşayış binasında yanğın başlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR