Elon Muskun başı siçanlarla

Son günlər ABŞ-ın tanınmış iş adamı Elon Muskun sahibi olduğu "Tesla" şirkəti qəribə bir problemlə qarşılaşıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, istifadəçilər maşınların bəzi hissələrinin siçanlar tərəfindən yeyildiyini bildiriblər. Bu barədə şirkətin məsləhətçisi Cose Solis açıqlama verib. Onun sözlərinə görə, bu, şirkətin qüsuru deyil:

"Tesla"nın nəzarətindən kənar çox sayda faktorlar var. Bunu dizayn və ya istifadədə şirkətin hər hansı bir qüsuru kimi qəbul edə bilmərik.

İstifadəçilərdən biri siçanın vurduğu zərərin 5 min dollar olduğunu bildirib. Lakin "Tesla" xərcləri ödəməyəcəyini və bunun şirkətin zəmanət qaydaları ilə bağlı olmadığını bildirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR