Göyçayda həyətləri su basdı -

Yuxarı Şirvan kanalının Göyçay rayonundan keçən hissəsində məskən salan sakinlərin işi qalıb Allaha. Kanalda baş verən sızma evləri və təsərrüfat sahələrini pis vəziyyətə qoyub. Sakinlər məsələnin həll olunmasını istəsələr də, aidiyyəti qurumlar onların yaralarına məlhəm olmurlar.

Metbuat.az Xəzər tv-yə istinadən xəbər verir ki, Həyətləri su basıb, təsərrüfat yerləri yararsız hala düşüb. Kanalda baş verən sızma sakinləri çıxılmaz vəziyyətdə qoyub. Söhbət Yuxarı Şirvan kanalının Göyçay rayonundan keçən hissəsindən gedir. Sakinlərin sözlərinə görə, bu il kanalda suyun səviyyəsinin qəfil artması onların işini müşkülə çevirib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, bunun bir nəticəsi olmayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR