Tokio-2020: Azərbaycan badmintonçusu Olimpiadaya qələbə ilə başlayıb

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Metbuat.az xəbər verir ki, badmintonçu Edi Reski Dviçayo bu idman növündə Olimpiadalar tarixindəki ilk təmsilçimiz olub. L qrupunda mübarizə aparan idmançımızın debütü II turda gerçəkləşib. Milliləşən legionerimiz vyetnamlı Tien Minh Nguyen ilə görüşüb. Asiyalı rəqibindən daha üstün çıxış edən Edi iki setdə qələbə qazanıb.

Qeyd edək ki, idmançımız sabah keçiriləcək son turda Anders Antonsenlə (Danimarka) üz-üzə gələcək.

27 iyul
Badminton, kişilər
L qrupu, II tur

15:00. Edi Reski Dviçayo (Azərbaycan) - Tien Minh Nguyen (Vyetnam) – 2:0 (21:14, 21:18)

1

Anders Antonsen (Danimarka)

1

1

0

2-0

42-26

2

Edi Reski Dviçayo (Azərbaycan)

1

1

0

2-0

42-32

3

Tien Minh Nguyen (Vyetnam)

2

0

2

0-4

58-84


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR