Azərbaycanda qəza nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb,

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi "VAZ 2106" markalı və Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızının idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində birinci avtomobilin sürcüsü hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar - Hacıqabul sakinləri - 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və “Hyundai” markalı avtomobilin sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR