“Paşinyan Zəngəzurdakı işçiləri həbs etdirdi” -

“Ermənistanın iqtisadiyyatı iflic vəziyyətindədir. Əgər Paşinyan əlində çəkic, repressiya mexanizmləri formasında çıxışlar etməsəydi bu gün ölkənin vəziyyəti daha ürək açan olardı”.

Metbuat.az xəbər verir ki, bu fikrləri Ermənistanın tanınmış iqtisadçı-eksperti Tadevos Avetisyan Sputnik Ermənistan-a müsahibəsində söyləyib .

O Ermənistan iqtisadiyyatının dirçəlişinə xidmət edən Zəngəzur Mis-Molibden Kombinatı ilə bağlı son vaxtlar yaşanan hadisələrə diqqət çəkərək qeyd edib ki, Paşinyan və zavod rəhbərliyi ilə arasında olan münaqişədən sonra, orada çalışan işçilərin həbsi, axtarışı və digər təhdidlər ölkənin investisiya cəlbediciliyinə mənfi təsir göstərəcək.

“Ermənistanda biznesin inkişafı və investisiyaların taleyi Paşinyanın əhval -ruhiyyəsindən və davranışından asılıdır və bu mənfi nəticələrə səbəb ola bilər. İnvestorlar daha sabit ölkələrə üstünlük verirlər. Məsələn qonşu Gürcüstanda onların bir neçə dəfə artması, Ermənistanda isə əksinə azalması buna misal ola bilər. Bu davam edərsə, karantin məhdudiyyətlərinin qaldırılmasından əldə edilən iqtisadi effekt iqtisadi tənəzzülün dayandırılmasına kömək etməyəcək. Problem inflyasiya, xarici borcun artması, zəif idarəçilik və s. ilə daha da ağırlaşır. Ermənistan iqtisadiyyatının sərbəst enişdə olduğunu və çökdüyünü deyə bilərik” deyə mütəxəssis vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR