Sumqayıt sakini patı və heroinlə tutulub

Sumqayıt sakini Biləsuvarda patı və heroinlə tutulub.

Metbuat.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş M.Səfərov tanışı E.Qurbanovun idarə etdiyi avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı M.Səfərovun üzərindən 51 qramdan artıq heroin və 40 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR