Füzulidə ağır qəza:

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakini Ş.Quliyevin idarə etdiyi “Mercedes-Benz” və S.Əsədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və onların üç sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də yerləşdirildiyi tibb müəssisəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR