Bakıda ət dükanında iyrənc mənzərə:

Bakıda ət kəsim məntəqəsində sanitar qaydalara riayət edilmədiyi iddia edilir.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən ət kəsimi məntəqəsində siçanlar gəzişir:

“Söhbət sözügedən ünvanda “Fəridə” şadlıq evi ilə üzbəüzdə yerləşən ət kəsimi məntəqəsindən gedir. İçəridə siçanlar gəzir. Ət kəsilən masanın üzərində və yerdə natəmizlikdir. Bu şəraitdə fəaliyyət göstərilməsi insanların sağlamlığı üçün ciddi təhdiddir”.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirilib ki, daxil olan müraciət Agentlik tərəfindən qeydə alınıb:

“Göndərilən materiallar müvafiq şöbəyə yönləndirilib. Aidiyyəti üzrə araşdırılma başlanıb. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR