Xiaomi smartfon bazarında BİRİNCİ oldu -

Çinin smartfon istehsalçısı Xiaomi, qlobal smartfon bazarında yüksəlişini davam etdirir.

Metbuat.az xəbər verir ki, çinli istehsalçı, keçən ilin iyun ayında qlobal satışlarda "Samsung" və "Apple"ı üstələyərək əhəmiyyətli bir uğur əldə edib. Hətta dünyanın ən bahalı şirkətlərindən biri olan "Apple", çinli Xiaomi-dən geri qalıb. Xiaomi ikinci rübdə "Apple"ı keçərək 2-ci yerə yüksəldi. Liderliyi əlində tutan "Samsung"un arxasında duran Xiaomi, iyun ayında satışlarını 26 faiz artırıb. Məlumatlara görə, iyun ayında "Xiaomi" nin bazar payı 17,1 faiz, "Samsung" 15,7 faiz və "Apple"14,3 faizlə üçüncü yerdədir. Açıqlamada Vyetnamda artan koronavirus səbəbindən "Samsung"un kifayət qədər istehsal edə bilməməsinin də Çin şirkətinin zirvəyə çıxmasına səbəb olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR