Müharibə tarixinin ən dəhşətli hücumlarından

Tarixin ən böyük fəlakətlərindən biri sayılan - Yaponiyanın Xirosima və Naqasaki şəhərinə atom bombasının atılmasından 76 il ötür.

Metbuat.az xəbər verir ki, İkinci dünya müharibəsində, 1945- ci ildə İttifaq dövlətlərin Yaponiyaya təslim olmaq çağırışı bir xeyir vermədiyi üçün tək çarə atom bombası - birdəfəlik yıxmaq olub.

Avqust ayının 6-sı səhər saatlarında Xirosimaya atılan atom bombası dünya tarixində ilk belə hücum olubsa, 9 avqust tarixində isə ABŞ-na məxsus B-29 tipli " Bockscar"ın Yaponiyanın Naqasaki şəhərinə atılması dünya tarixində ikinci atom bombası ilə hücum olub.

Məlumata görə, Naqasakiyə atılan atom bombasının üzərində "Sizə daha bir hədiyyə" adlı yazı olub. Xirosimada həlak olanların sayı 160 min, Naqasakidə bu rəqəm 80 mindən çox olub.

Qeyd edək ki, 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan edib və 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktına görə, İkinci dünya müharibəsi formal olaraq bitib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR