Bakıda açıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi yaxınlığında, açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən açıq ərazidə kol-kos yanır.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR