Bu gün "Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər.

Metbuat.az xəbər verir ki, "Neftçi" İsraildə Hayfa "Makkabi"nin, "Qarabağ" isə Şotlandiyada "Aberdin"in qonağı olacaq.

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Neftçi"

Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya)

Hayfa, "Sammi Ofer" stadionu

22:45. "Aberdin" (Şotlandiya) - "Qarabağ"

Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya)

Aberdin, "Pittodri" stadionu

Xatırladaq ki, Bakıdakı ilk qarşılaşmada "Neftçi" rəqibi ilə 3:3 hesablı oyun oynayıb. "Qarabağ" isə Bakıda 1:0 hesabı ilə "Aberdin"ə qalib gəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR