Perunun Ualyaqa çayında iki qayıq toqquşub.
Metbuat.az xəbər verir ki, hadisə zamanı azı 11 sərnişin həyatını itirib. 6 sərnişin xəsarət alıb. İtkin düşənlərin olduğu bildirilir. Onların axtarışları davam edir. Şahidlərin sözlərinə görə, hadisə zamanı qayıqda 20 uşaq olub.
Sağ qalanlar öz səyi nəticəsində üzərək sahilə çıxıblar.
Anar Türkeş / Metbuat.az